COVID-in yeni ştammı Niderlandı cənginə alıb

23-07-2024, 17:14           
COVID-in yeni ştammı Niderlandı cənginə alıb
FLIRT kimi tanınan yeni koronavirus variantı isti havalara baxmayaraq, Niderlandda yoluxma dalğasına səbəb olub.

Bu barədə Erasmus Universitetinin Rotterdam Tibb Mərkəzinin virusologiya üzrə professoru Marion Kopmans məlumat verib.

Onun sözlərinə görə, virusun yayılma dərəcəsinin ən dəqiq göstəricisi onun çirkab sulardakı miqdarıdır. Belə ki, çirkab sulardakı virus hissəciklərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çoxdur.

Lakin ekspertin sözlərinə görə, xəstəliyin indiki dalğası əvvəlkilərlə müqayisə oluna bilməz.

"Koronavirus indi əvvəlkindən daha az ciddi nəticələrə səbəb olur. Məsələn, yoluxma hallarının artmasına baxmayaraq, hazırda xəstəxanaya yerləşdirilənlərin sayı demək olar ki, artmır", - Kopmans bildirib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru