ikita Mixalkov: “Rusiyada dövlət çevrilişi hazırlanır”
24-07-2024, 07:34
Rejissor Nikita Mixalkov bildirib ki, Rusiyada dövlət çevrilişi hazırlanır.
Tribunainfo.az Rusiya mediasına istinadla xəbər verir ki, Kinematoqrafçılar İttifaqının rəhbəri bu barədə “Besoqon” müəllif proqramında danışıb.
Onun fikrincə, Dövlət Dumasının ölkədən kütləvi şəkildə qaçan keçmiş deputatları Kremlə qarşı çıxıblar və niyyətlərini gizlətmirlər.
Mixalkov diqqəti iyunun sonunda 60-a yaxın keçmiş deputatın Polşada toplantı keçirməsinə və özlərini “yeni, azad Rusiya”nın parlamenti adlandırmalarına yönəldib.
Rejissor öz verilişində bu sənəddən fraqmentləri oxuyub. Sənəddə Rusiyada hakimiyyətin devrilməsinin ancaq güc yolu ilə mümkün olduğu, ölkənin daxilindəki inqilabi əhval-ruhiyyənin Qərb dövlətləri tərəfindən hər cür dəstəklənməli olduğu bildirilir.
Nikita Mixalkov bəyan edib ki, söhbət terrordan gedir.
“Bunu bu hökumətdən hər şey almış, hər şeyə sahib olan insanlar təklif edir”, – deyə proqramın müəllifi yekunlaşdırıb.