Tramp və Kamala Harris rəy sorğusunda bərabər sayda səs alıb

24-07-2024, 12:24           
Tramp və Kamala Harris rəy sorğusunda bərabər sayda səs alıb
ABŞ-da seçicilərin 46 faizi keçmiş prezidenti Donald Trampı, 45 faizi vitse-prezident Kamala Harrisi dəstəkləyir.

Azpost.info bildirir ki, bu barədə NPR/PBS News/Marist Kollecinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Eyni zamanda, respondentlərin təxminən 9%-i seçimində qərarsız olduğunu bildirib.

Respondentlərin təqribən 90 faizi Baydenin yarışdan çəkilmək qərarının düzgün addım olduğu ilə razılaşıb. Respondentlərin 41 faizi, o cümlədən demokratların 65 faizi bunun partiyanın noyabrda qalib gəlmək şansını artırdığını bildirib.

Sorğu iyulun 22-də qeydə alınmış 1117 seçici arasında keçirilib.

Keçən həftənin sonlarında ABŞ prezidenti Co Bayden yenidən seçilmək istəməyəcəyini bildirib. O, prezidentliyə namizəd kimi hazırda vitse-prezident olan Kamala Harrisin irəli sürülməsini təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru