Ermənistan aviaşirkətində qanunsuzluq:

24-07-2024, 11:19           
Ermənistan aviaşirkətində qanunsuzluq:
"FlyOne" aviaşirkətinin İrəvan-Kişineu reysi ilə uçan onlarla sərnişin yerdə qalıb.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün onları təyyarəyə buraxmayıblar.

Məlum olub ki, bəzi sərnişinlərin əvəzinə "Ararat-Ermənistan" klubunun futbolçuları uçmalıdır.

"FlyOne" əməkdaşları sərnişinlər arasında eyni ailənin üzvləri olduğunu belə nəzərə almayıb. Nəticədə ailə üzvlərinin bəziləri uçub, digərləri yerdə qalıb. İndi çarəsiz sərnişinlər növbəti reysi iyulun 26-na qədər gözləməli olacaqlar.

Vətəndaşların, o cümlədən əcnəbilərin bu üç günü harada gecələməli olduqlarına dair suallarına cavab olaraq aviaşirkət əməkdaşları sadəcə çiyinlərini çəkiblər.

Aviaşirkətin marketinq departamenti bu hadisəni özünəməxsus şəkildə şərh edərək bildirib ki, onlar yalnız rəsmi müraciətlərə cavab verirlər. Sərnişinlərin sualları isə rəsmi deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru