ABŞ qoşunlarının bir qismini İraqdan çıxarır

25-07-2024, 07:25           
ABŞ qoşunlarının bir qismini İraqdan çıxarır
ABŞ "İslam Dövləti" terror qruplaşmasına qarşı beynəlxalq koalisiyanın tərkibində xidmət etmiş hərbçilərin bir qismini İraqdan çıxarmağa razılıq verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The National” nəşri mənbələrə istinadən yazır.

İraq hökumətinə yaxın mənbələr bildirib ki, Bağdad və Vaşinqton koalisiyanın tərkibində olan bəzi ABŞ qoşunlarının çıxarılmasına başlanması barədə razılığa gəlib.

Bununla yanaşı, iyulun 22-si və 23-də Vaşinqtonda Pentaqon rəhbəri Lloyd Ostin və İraqın müdafiə naziri Tabeta əl-Abbasinin iştirakı ilə danışıqlar keçirilib.

Danışıqlarda koalisiyasının fəaliyyətinin başa çatması və Bağdadın İraqda hərbi mövcudluğunu saxlayan ölkələrlə yeni ikitərəfli tərəfdaşlıq qurması məsələsi müzakirə olunub.

Qeyd edək ki, hazırda İraqda 2500 ABŞ hərbçisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru