AP: ABŞ kəşfiyyatı Qolan təpələrinə hücumun qəsdən edildiyindən şübhələnir

28-07-2024, 13:08           
AP: ABŞ kəşfiyyatı Qolan təpələrinə hücumun qəsdən edildiyindən şübhələnir
ABŞ kəşfiyyat rəsmiləri Yaxın Şərqdəki mübahisəli Qolan təpələrinə edilən son zərbənin qəsdən törədildiyindən şübhələnirlər.

APA xəbər verir ki, bu barədə Associated Press vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

Jurnalistlərin fikrincə, ABŞ Qolan təpələrinə edilən son zərbələrdə Hizbullah hərəkatının iştirakına əmindir.

“Lakin Amerika kəşfiyyatçılarına qrupun bu konkret hədəfi vurmaq istədiyinə, yoxsa səhv hədəfi vurmasına hələ ki, aydın deyil”, - materialda deyilir.

Qeyd edək ki, əksəriyyəti hazırda İsrailin nəzarətində olan Qolan təpələri iyulun 27-də hücuma məruz qalıb. Nəticədə azyaşlılar da daxil olmaqla 30-dan çox insan xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru