İtaliya və Çin üç illik fəaliyyət planı imzalayacaq

29-07-2024, 00:14           
İtaliya və Çin üç illik fəaliyyət planı imzalayacaq
İtaliyanın Baş naziri Ciorcia Meloni Çinlə yeni əməkdaşlıq formalarının həyata keçirilməsinə yönəlmiş üç illik fəaliyyət planı imzalamaq üçün razılıq əldə etdiyini açıqlayıb.

Bu barədə ANSA Meloninin Pekinə rəsmi səfəri zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Baş nazir iki ölkənin sahibkarlarının forumunda iştirak edib.

"Bu biznes forum tərəfdaşlığımızı gücləndirmək, güclü və zəif tərəflərimizi qiymətləndirmək, nəyin işlədiyini və nəyin olmadığını başa düşmək üçün vacib və dəyərli bir fürsətdir və bu, bizə bərabər və qarşılıqlı faydalı əsasda daha effektiv ticarət əlaqələri qurmağa imkan verəcək", - Meloni deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.