Malayziya BRİKS-ə üzv olmaq üçün ərizə göndərib

29-07-2024, 13:04           
Malayziya BRİKS-ə üzv olmaq üçün ərizə göndərib
Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.

TEREF TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Ənvər İbrahim məlumat verib.

“Malayziya BRİKS-ə sədrlik edən Rusiyaya təşkilata üzv olmaq üçün ərizə göndərərək üzv ölkə və ya strateji tərəfdaş kimi iştirak etməyə hazır olduğunu bildirib”, – deyə Baş nazir Ənvər İbrahim qeyd edib.

Ənvər İbrahim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və deyib ki, söhbət əsasən Malayziyanın BRİKS-ə qoşulmaq cəhdi mövzusundan gedir.

Onun sözlərinə görə, bu, "hər iki ölkə üçün əhəmiyyətli potensiala" malik olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru