“İsrailin Livana cavab zərbəsi endirməsi qaçılmazdır”
İsrailin Livana cavab zərbəsi endirməsi qaçılmazdır və yaxın 48 saat ərzində gözlənilir. AYNA xəbər verir ki, bu barədə “Western Intelligence” portalı məlumat yayıb.
Qeyd edək ki, iyulun 27-də Məcdəl Şəmsin kəndinə 10-dan çox raket atılıb. Nəticədə 10-16 yaş arası 12 uşaq həlak olub, 32 nəfər yaralanıb.
İsrail tərəfi hücumda Hizbullahı günahlandırsa da, təşkilat hər hansı əlaqəni inkar edir. İsrail ordusunun sözçüsünün sözlərinə görə, bu, 2023-cü il oktyabrın 7-də müharibə başlayandan bəri ən ciddi insidentdir.