Ədliyyə Nazirliyi Alla Puqaçovanı xarici agent kimi tanımaqdan imtina edib
30-07-2024, 10:44
Rusiya Ədliyyə Nazirliyi SSRİ xalq artisti Alla Puqaçovanı xarici agent kimi tanımaqdan imtina edib.
Azpost.info bildirir ki, bu barədə RİA-Novosti məlumat verib.
“Ədliyyə Nazirliyi müğənni Alla Puqaçovanın xarici agent kimi tanımaq üçün əsas görmür”, -deyə nazirlikdən Dövlət Dumasının deputatı Aleksey Juravlyovun bununla bağlı tələbinə cavabında bildirib: “Hazırda Rusiyanın Ədliyyə Nazirliyinin sərəncamında bununla bağlı heç bir məlumat yoxdur”.
Nazirlikdən bildiriblər ki, müğənninin hərəkətlərində xarici agentin əlamətlərini tapsalar, reyestrdə daxil edilməsi məsələsini nəzərdən keçirəcəklər.
Mart ayında Rusiya Prezidentinin mətbuat katibi Peskov demişdi ki, Puqaçovanın xarici agent kimi tanınması məsələsi ilə bağlı heç nə bilmir.