ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq etdi

31-07-2024, 11:08           
ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

İqtisadiyyat.az nazirliyin açıqlamasına istinadən xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir.

“Onlar İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar”, - məlumatda deyilir.

Sanksiya siyahısına salınması ABŞ-də aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan olunmasını nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru