Böyük Britaniyada “Google” barəsində araşdırma başlayıb

31-07-2024, 13:04           
Böyük Britaniyada “Google” barəsində araşdırma başlayıb
Böyük Britaniya “Google”un filialı “Alphabet”-in “Anthropic” süni intellekt təşəbbüsü ilə tərəfdaşlığının bazardakı rəqabətə təsirləri ilə bağlı araşdırmaya başlayıb.

İndex.az xəbər verir ki, Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatının (CMA) bəyanatına görə, təşkilat “Alphabet”in “Anthropic” ilə etdiyi tərəfdaşlığın Böyük Britaniyada rəqabətin azalmasına gətirib çıxarma ehtimalı ilə bağlı araşdırmaya başlamaq qərarına gəlib.

Təhqiqata kömək etmək üçün CMA aidiyyəti tərəfləri məsələyə töhfə verməyə dəvət etdi və birinci mərhələ üçün son müddətin 13 avqust olduğunu bildirdi.

Qeyd edək ki, “Google” keçən il “Anthropic”ə 2 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru