Venesuelada etirazlar zamanı təxminən 750 nəfər saxlanılıb

31-07-2024, 11:34           
Venesuelada etirazlar zamanı təxminən 750 nəfər saxlanılıb
Venesuelanın hüquq-mühafizə orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlar edən 750-yə yaxın nümayişçini saxlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

“Bu günə kimi 749 nəfər saxlanılıb, onların işi Baş Prokurorluğa veriləcək”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, terrorizm və nifrətin qızışdırılması da var.

Saab həmçinin iğtişaşlar zamanı bir hərbçinin öldüyünü təsdiqləyib.

Bundan əvvəl Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopez asayişin qorunmasında iştirak edən silahlı qüvvələrin 20-dən çox əməkdaşının yaralandığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru