Avropada alkoqol istehlakı azalıb - ÜST

31-07-2024, 15:14           
Avropada alkoqol istehlakı azalıb - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada alkoqol istehlakının azaldığını bildirib.

Medicina.az xəbər verir ki, ümumilikdə ÜST statistikası 53 ölkə üzrə məlumatları əks etdirir.

Bildirilir ki, başda Rusiya olmaqla, 12 ölkənin hesabına Avropada alkoqolun orta istehlak həcmi azalıb.
Buna baxmayaraq, Avropa "ən çox içən bölgə" olaraq qalır. Belə ki, hər bir yetkin avropalıya ildə orta hesabla 9,2 litr təmiz spirt düşür.

Mütəxəssislərin hesablamalarına görə, 470 milyon avropalı spirtli içki istifadəçisi sayıla bilər. ÜST son 12 ayda ən azı bir dəfə spirtli içki qəbul etmiş hər kəsi buraya aid edir.

“Regionun 53 ölkəsindən yalnız 12-si 2010-cu ildən bu yana spirtli içkilərin istehlakını 10% azaltmaqla əhəmiyyətli irəliləyiş əldə edib”, - ÜST hesabatında deyilir.

Spirt istehlakını azaltmağa kömək edən tədbirlər arasında ÜST ekspertləri "alkoqol üçün aksiz vergilərinin artırılmasını və onun mövcudluğunun məhdudlaşdırılması üçün görülən qəti tədbirləri" xüsusi vurğulayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.