İranda “qisas bayrağı” qaldırıldı - VİDEO

1-08-2024, 09:54           
İranda “qisas bayrağı” qaldırıldı - VİDEO
İranın Qum şəhərindəki Cəmkəran məscidində qırmızı bayraq qaldırılıb.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, bayraq HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin qisasını almaq əlaməti olaraq ucaldılıb.

Qeyd edək ki, sözügedən qırmızı bayraq öldürülən şəxsin qisasını almağa çağırışı simvollaşdırdığından “qisas bayrağı” adlandırılır.

Daha öncə qırmızı bayraq bu ilin yanvarında yüzdən çox insanın həlak olduğu Kirmanda qəbiristanlıqda baş verən partlayışlardan sonra qaldırılıb. Eyni zamanda 2020-ci ilin yanvarında ABŞ-nin Bağdad hava limanı yaxınlığındakı hücumunda İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra Cəmkəran məscidinin günbəzində asılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru