İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır –Netanyahu

1-08-2024, 10:43           
İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır –Netanyahu
Livanda “Hizbullah” hərəkatının komandirlərindən birinin məhv edildiyi hücumdan sonra İsrail hər tərəfdən özünə qarşı təhdidlər qeydə alır və istənilən təcavüzə sərt cavab verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində bildirib.

“İsrail vətəndaşları, bizi çətin günlər gözləyir. Beyrutdakı hücumdan bəri müxtəlif tərəfdən təhdidlər eşidirik. İstənilən ssenariyə hazırıq, həmrəy olacağıq və istənilən təhlükəyə qətiyyətlə qarşı çıxacağıq. İsrail istənilən istiqamətdən, istənilən təcavüzün cavabını verəcək”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru