Rusiya və ABŞ ən böyük məhbus mübadiləsi həyata keçiriblər

2-08-2024, 08:24           
Rusiya və ABŞ ən böyük məhbus mübadiləsi həyata keçiriblər
Avqustun 1-də Ankara aeroportunda Moskva və Vaşinqton arasındakı münasibətlər tarixində ən böyük məhbus mübadiləsi olub: 24 məhbusun mübadiləsi həyata keçirilib. Rusiya tərəfi 16 nəfəri (bu qrupa ABŞ vətəndaşları, ikili vətəndaşlığı olan şəxslər və rusiyalılar daxildir) ABŞ-a təhvil verib.

Amerikalılar 8 nəfəri (hamısı Rusiya Federasiyası vətəndaşıdır) Rusiyaya təhvil verib.

Mübadilədə digər ölkələr, o cümlədən Almaniya (Vadim Krasikovu Rusiyaya verib), həmçinin Belarus (alman Riko Krigeri Almaniyaya verib) iştirak ediblər.

Rusiyadan azad olunanların arasında amerikalılar Evan Gerşkoviç və Pol Uillan, eləcə də rusiyalı tanınmış müxalifətçilər Vladimir Kara-Murza və İlya Yaşin var.

Bəzi məlumatlara görə, “Svoboda” radiosunun jurnalisti Alsu Kurmaşeva da azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru