BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdəki gərginliklə bağlı iclas keçirib

2-08-2024, 08:45           
BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdəki gərginliklə bağlı iclas keçirib
Bir-birini son ölümcül hücumlara görə kəskin şəkildə qınayan İran və İsrail BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Şura daha geniş müharibəyə doğru sürüklənəcəyindən qorxduğu bölgədə sakitliyə çağırıb.

İran səfiri Əmir Səid İrəvani Şuranın fövqəladə iclasında deyib: “Təhlükəsizlik Şurası İsraili bu təcavüz aktına görə məsuliyyətə cəlb etmək üçün təcili addımlar atmalıdır. Bura növbəti pozuntuların qarşısını almaq və İsrailin bədxah fəaliyyətlərinin beynəlxalq ictimaiyyət tərəfindən dözülməyəcəyinə işarə üçün zəruri olan sanksiyaların və digər tədbirlərin tətbiqini nəzərdən keçirmək daxildir” - deyə, İrəvani bildirib.

İran və HƏMAS İranda prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən HƏMAS liderinin ölümünə səbəb olan hava hücumunda İsraili günahlandırır.

İsrail hücumun məsuliyyətini üzərinə götürməsə də, geniş şəkildə hücumu onun həyata keçirdiyi ehtimal edilir. İsrail rəsmiləri çərşənbə axşamı Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükürün ölümünə səbəb olan hava hücumunun məsuliyyətini üzərinə götürüb.

İsrail Şükürün şənbə günü İsrailin işğalı altında olan Qolan təpələrində futbol meydançasında oynayan 12 ərəb druz uşağının ölümünə səbəb olan raket hücumuna görə məsuliyyət daşıdığını bildirib.

Hizbullah ittihamı rədd edib.

İsrail səfirinin müavini Conatan Miller şuraya deyib: "Bu əməliyyat açıq mesaj verir: Biz özümüzü müdafiə edəcəyik və bizə zərər verənlərə qarşı böyük güclə cavab verəcəyik".

O, şuradan HƏMAS və Hizbullahı maliyyələşdiən və silahlandıran İranı yeni sanksiyalarla məsuliyyətə cəlb etməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.