New York Times xəbər verir ki, 11 sentyabr hadisələri ilə əlaqədar 3 şübhəli günahlarını etiraf edəcək
2-08-2024, 15:04
“11 sentyabr hücumlarını planlaşdırmaqda təqsirləndirilən Xalid Şeyx Məhəmməd və onun Kubadakı Quantanamo həbsxanasında saxlanılan iki ortağı ömürlük həbs cəzası müqabilində sui-qəsd ittihamlarını qəbul etməyə razılaşıb”,New York Times Pentaqon rəsmilərinə istinadən bildirib.
Times qəzetinin verdiyi məlumata görə, ölüm cəzası mühakiməsi əvəzinə Məhəmməd, Vəlid Bin Attaş və Mustafa əl-Həvasəvinin təqsirlərinin etirafına dair razılaşma Pentaqonun yüksək rütbəli rəsmisi tərəfindən təsdiqlənib.
Hər üç şəxs 2003-cü ildən həbsdədir.
Məhəmməd ABŞ tərəfindən 11 sentyabrda Nyu-Yorkun Dünya Ticarət Mərkəzinə və Vaşinqtondan yaxınlığındakı Pentaqona edilən hücumların əsas memarı olmaqda günahlandırılan Əl-Qaidə yaraqlısıdır.
Times-ın məlumatına görə,"Mümkün cəza kimi ölüm hökmünün ləğvi müqabilində bu üç təqsirləndirilən şəxs ittiham vərəqəsində sadalanan 2976 nəfərin qətli də daxil olmaqla, bütün ittihamlar üzrə təqsirli olduqlarını etiraf etməyə razılaşıblar", baş prokuror, kontr-admiral Aaron Raq 11 Sentyabr qurbanlarının ailə üzvlərinə yazdığı məktubda bildirib.
Məktubda deyilir ki, onlar iddialarını gələn həftə açıq məhkəməyə təqdim edə bilərlər.
Müdafiə Nazirliyi çərşənbə günü bəyanat yayaraq, prokurorların Məhəmməd, Bin Attaş və əl-Havasavi ilə bu razılaşmaların şərtlərini açıqlamadan etiraf razılaşması əldə etdiklərini bildirib.