ABŞ Haniyənin qətli planından xəbərdar olub - İran kəşfiyyatının rəhbəri

3-08-2024, 17:54           
ABŞ Haniyənin qətli planından xəbərdar olub -
"ABŞ İsrailin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qətlə yetirmək planlarından xəbərdar olub və onun həyata keçirilməsinə icazə verib".

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İranın Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib bildirib.
“Birləşmiş Ştatlar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sionist işğalçıları (İsrail nəzərdə tutulur) tərəfindən həyata keçirilən nalayiq qətlinə yaşıl işıq yandırıb., Haniyənin qətli bir daha sionist rejimin qəddarlığını nümayiş etdirdi" - deyə Mehr agentliyi Xətibin bəyanatından sitat gətirib.
Qeyd edək ki, HƏMAS iyulun 31-də Haniyənin İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. "Əl Hadath" telekanalı Haniyənin birbaşa raket zərbəsi nəticəsində həlak olduğunu bildirib. HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk əmin edib ki, bu qətl cavabsız qalmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.