Çin ABŞ-ı nüvə silahının birgə istifadəsindən imtina etməyə çağırıb

3-08-2024, 15:35           
Çin ABŞ-ı nüvə silahının birgə istifadəsindən imtina etməyə çağırıb
Təklifin mətnində nüvə silahının ilk istifadə edilməməsi siyasətinin beynəlxalq silahlara nəzarətdə getdikcə prioritetə çevrildiyi qeyd edilib.
Çin BMT Təhlükəsizlik Şurasının üzvlərini nüvə silahından ilk istifadə edən olmamaq öhdəliyini götürməyə və ABŞ-ı NATO daxilində nüvə silahını paylamaqdan, eləcə də Asiyada nüvə çətiri qurmaqdan imtina etməyə çağırıb. Bu barədə "Financial Times" məlumat yayıb.
"Çin beş daimi üzvü tərəfindən nüvə silahını ilk istifadə edilməmək məsələsi ilə bağlı Nüvə silahlarının yayılmaması haqqında müqavilənin layihəsinin mətnini BMT Təhlükəsizlik Şurasının komitəsinə göndərib", - nəşr yazır.
Təklifin mətnində nüvə silahının ilk istifadə edilməməsi siyasətinin beynəlxalq silahlara nəzarətdə getdikcə prioritetə çevrildiyi qeyd edilib.
"Pekin həmçinin ABŞ-ın nüvə silahlarının bölüşdürülməsi razılaşmaları çərçivəsində Avropalı müttəfiqlərinə və nüvə çətiri altındakı Asiya müttəfiqlərinə təkliflərini nüvə silahının yayılmaması müqaviləsinin kobud şəkildə pozulması kimi dəyərləndirib və onları ləğv etməyə çağırıb", - nəşr yazır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Çinin tələblərinə cavab olaraq xatırladıb ki, Pekin iyul ayında Vaşinqtonla silahlara nəzarət üzrə məsləhətləşmələri dayandırıb. Vurğulanıb ki, bu kontekstdə çinli həmkarların təklifi məsuliyyətdən azad olmaq cəhdi kimi görünür.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan ABŞ-ın Tayvana silah satması səbəbindən Çinin ABŞ-la silahlara nəzarət və yayılmaması ilə bağlı məsləhətləşmələri dayandırdığını bildirib.
Nüvə Paylaşımı proqramı ABŞ NATO ölkələrinə öz nüvə silahlarını yerləşdirməyə imkan verir. ABŞ Avropada və Türkiyədə 100 taktiki nüvə silahı saxlayır. B61-3 və B61-4 bombaları üçün 0,3 ilə 50 kiloton arasında dəyişən yüklər NATO-nun beş ölkəsində - Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki altı bazada toplanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin oktyabrında demişdi ki, Rusiya ABŞ-ın Avropada nüvə silahı yerləşdirməsinə cavab olaraq cavab tədbirlərinə əl atmağa məcburdur. Nazir vurğulayıb ki, Qərbin siyasəti nəticəsində Avropada etimad gücləndirici tədbirlər və silahlara nəzarət sistemi məhv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.