Harris Trampdan iki dəfə çox ianə toplayıb

3-08-2024, 16:24           
Harris Trampdan iki dəfə çox ianə toplayıb
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin (Demokratlar Partiya) seçki qərargahı iyul ayında sabiq prezident Donald Trampın (Respublikaçılar Partiyası) seçki qərargahından iki dəfə çox ianə toplayıb.

Modern.az xəbər verir ki, bu barədə Axios portalı hər iki qərargaha istinadla məlumat yayıb.

Bildirilir ki, Kamala Harrisin komandasının ötən ay 310 milyon dollar, Trampın komandasının hesabına isə təxminən 138 milyon dollar daxil olub. Toplanan vəsaitin üçdə ikisi Harris üçün ilk dəfə ianə edənlərdən gəlib.

Bununla belə, son sosioloji rəy sorğusunun nəticələrinə görə, Donald Tramp amerikalı seçicilər arasında dəstək səviyyəsinə görə, rəqibi Kamala Harrisi 5 faiz bəndi qabaqlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru