Süni intellekt biosilah yarada bilər - RİSK ARTIR

4-08-2024, 11:14           
Süni intellekt biosilah yarada bilər - RİSK ARTIR
Biokimyaçı və BMT-nin keçmiş silah müfəttişi Rokko Kasaqrande "chatbot Claude"u sınaqdan keçirdikdən sonra süni intellektin (AI) terrorçulara bioloji amilləri müəyyən etməyə və bioloji silah yaratmağa kömək edə biləcəyini söyləyib. "Ölkə.az" xəbər verir ki, bu barədə Bloomberg yazır.

Ekspert Ağ Ev rəsmilərinə bioloji silahların yaradılması üçün chatbotların istifadə oluna biləcəyindən narahat olduğunu bildirib. O qeyd edib ki, neyron şəbəkələri terrorçulara bioloji amilləri müəyyən etməyə kömək edə bilər ki, bu da biosilahların yaradılması və yayılması riskini artırır.

Bundan əvvəl Avstraliya Təhlükəsizlik Kəşfiyyat Xidmətinin rəhbəri Mayk Burqess demişdi ki, süni intellektin inkişafı düşmənlərin imkanlarının artmasına və nəticədə daha intensiv casusluğa və dezinformasiyanın yayılmasına səbəb ola bilər. \\Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru