Uorren Baffet "Apple" səhmlərinin yarısını satdı

4-08-2024, 12:34           
Uorren Baffet "Apple" səhmlərinin yarısını satdı
Amerikalı milyarder Uorren Baffetin "Berkshire Hathaway" maliyyə holdinqinin vəsaitlərinin həcmi rekord həddə çatıb.

Bu barədə "Reuters" yazır.

Şirkətin ikinci rüb üzrə hesabatına əsasən, bu rəqəm təxminən 277 milyard dollardır. Sənədlərə görə, holdinq "Apple"a investisiyasını azaldıb, demək olar ki, səhmlərin yarısını satıb. Qalan pay - təxminən 400 milyon səhm - 84,2 milyard dollar dəyərində qiymətləndirilir.

Ümumilikdə qiymətli kağızların satışı Berkşirdən olan şirkətə 75,5 milyard dollar gəlir gətirib. Şirkət artıq yeddinci rübdür ki, alışdan daha çox səhm satır. Onun əməliyyat gəlirləri 2023-cü ilin ikinci rübü ilə müqayisədə 15% artaraq 11,6 milyard dollara çatıb. Xalis mənfəət isə bir il əvvəlki 35,91 milyard dollardan 15% azalaraq 30,34 milyard dollara düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.