İsveç Livandakı səfirliyini müvəqqəti bağlayacaq

4-08-2024, 12:54           
İsveç Livandakı səfirliyini müvəqqəti bağlayacaq
İsveçin Beyrutdakı səfirliyi müvəqqəti olaraq bağlanacaq.

Oxu.Az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström TV4 telekanalına müsahibəsində bildirib.

"Xarici İşlər Nazirliyi əməkdaşlarına Beyrutu tərk edərək Kiprə getmələri tapşırıb. Nazirlik səfirliyin müvəqqəti köçürülməsini planlaşdırır", - Billström aydınlıq gətirib.

Qeyd edək ki, İsveçin Beyrutdakı səfirliyində altı nəfər çalışır. Nazir İsveç vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırıb. Respublikada yaşayanlara isə oranı tərk etmələri tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru