Zelenski:Bu başkəsənlər hara gedirsə, özləri ilə ölüm və qeyri-sabitlik gətirirlər

4-08-2024, 16:54           
Zelenski:Bu başkəsənlər hara gedirsə, özləri ilə ölüm və qeyri-sabitlik gətirirlər
Prezident Vladimir Zelenski Venesuelada hökumət qüvvələri ilə birlikdə “vaqnerçilərin” olması barədə məlumatlardan narahatdır və bunu Rusiyanın digər ölkələrin işlərinə müdaxiləsinin nümunəsi adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.

“Venesuelada hökumət qüvvələri ilə birlikdə Rusiyanın “Vaqner” muzdlularının olması barədə bilgilər narahatlıq doğurur. Bu başkəsənlər hara gedirsə, özləri ilə ölüm və qeyri-sabitlik gətirirlər”, – o qeyd edib.

Onun sözlərinə görə, “bu, Rusiyanın digər ölkələrin işlərinə utanmadan müdaxiləsinin və bütün dünyada xaos yaratmaq kimi alışılmış strategiyasının parlaq nümunəsidir”.

Prezident Venesueladakı ağır vəziyyətdən yeganə çıxış yolunu “durumu daha da gərginləşdirmək üçün qatillər göndərmək deyil, dinc və demokratik prosedurların keçirilməsi”ndə gördüyünü vurğulayıb.

“Dinc nümayişçilərə qarşı güc tətbiqini pisləyirik və hamını xalqın seçiminə hörmət etməyə çağırırıq. Həqiqi liderlər öz xalqından muzdluların arxasında gizlənmirlər”, – ölkə lideri yazıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda Venesuelada hüquq-mühafizə orqanları arasında “Vaqner” emblemli bir şəxsin olması barədə məlumatlar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru