İqlim paradoksu: Səudiyyə Ərəbistanında quraqlıq daşqınla əvəz olundu

4-08-2024, 11:28           
İqlim paradoksu: Səudiyyə Ərəbistanında quraqlıq daşqınla əvəz olundu
Son günlərdə Səudiyyə Ərəbistanı sakinləri misligörünməmiş hava hadisələrinin şahidi olublar. Quru iqlimi və az yağıntıları ilə tanınan quraqlıq Ərəbistan yarımadası güclü yağışların təsiri altına düşüb.

Oxu.Az-ın "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, xüsusilə ölkənin cənub-qərbində yerləşən Cizan şəhəri ciddi zərər çəkib.

Şahidlər tərəfindən çəkilmiş videokadrlarda su basmış küçələr və suda üzən avtomobillər görünür.

Daşqınlar, həmçinin elektrik enerjisinin verilişində pozuntulara və infrastrukturun zədələnməsinə də səbəb olub.

Hakimiyyət orqanları əhaliyə yardım göstərmək və təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görür.

Qeyd edək ki, iqlimşünaslar tez-tez baş verən anomal hava hadisələrini qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru