Gürcüstanın neft idxalının 53 faizi Rusiyanın payına düşür

5-08-2024, 17:05           
Gürcüstanın neft idxalının 53 faizi Rusiyanın payına düşür
Gürcüstan cari ilin birinci yarısında Azərbaycandan 56,4 min ton benzin və dizel yanacağı idxal edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqı yayıb.

Mənbə qeyd edir ki, Azərbaycan bu göstərici ilə Gürcüstana yanacaq ixrac edən ölkələr arasında dördüncü yerdə qərarlaşıb.


Bildirilir ki, hesabat dövründə Gürcüstan ən çox Rusiyadan yanacaq idxal edib. Cari ilin yanvar-iyun ayları ərzində Gürcüstan Rusiyadan 327,2 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da ümumi idxalın 52,8 faizini təşkil edib.


Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Gürcüstan 620,2 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 11,9 faiz çoxdur.

Gürcüstan eyni zamanda, Bolqarıstandan 84,7 min ton, Rumıniyadan 68,3 min ton, Belarusdan 33,2 min ton, Türkmənistandan 17,2 min ton, Yunanıstandan 13,5 min ton, Türkiyədən 6,9 min ton yanacaq idxal edilib.

Bu gün Gürcüstanda ümumilikdə 600-ə yaxın yanacaqdoldurma məntəqəsi olan beş böyük şirkət fəaliyyət göstərir.

Qeyd edək ki, bəzi şirkətlər yanacağı Gürcüstanın topdansatış neft məhsulları bazarından alır, bəziləri isə birbaşa idxal edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.