İranlı deputat Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb

5-08-2024, 11:54           
İranlı deputat Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb
ran parlamentinin 12-ci çağırış deputatı, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb.

Bu barədə “Report” “Khabar-e Online” nəşrinə istinadən xəbər verir.

Siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-ın İraqdakı bazasına hücumu hansı inamla təşkil etdiyinə əsaslanıb.

“Görünür, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə, ondan əvvəl isə İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi”.

O, aydınlaşdırıb ki, İranın həqiqətən də nüvə silahı istehsal edə bildiyinə tam inam yoxdur, lakin Tehran alimlərin bu silahı yaratmağa çox yaxınlaşdığını dəfələrlə bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru