Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib

5-08-2024, 07:44           
Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib
Böyük Britaniyada miqrant axınına qarşı etirazlar zamanı baş verən iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib.

Bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, etirazlar bir gün əvvəl Bristol, Lids, Sanderland və Blekpul, həmçinin Stok-on-Trent, Mançester və Hallda keçirilib. Ancaq telekanalın məlumatına görə, ən şiddətli toqquşmalar Liverpulda baş verib, burada iki polis əməkdaşı çənə və burun sınığı ilə xəstəxanaya aparılıb.

Liverpulun yerləşdiyi Mersisayd qraflığının polisi, etirazçıların polislərə hücum etdiyini və kərpic və şüşə də daxil olmaqla müxtəlif əşyalar atdıqlarını, polis qalxanlarını yıxmağa çalışdıqlarını bildirib.

Xatırladaq ki, etirazlar iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubanın uşaq rəqs seminarı zamanı bıçaqla hücum etdiyi İngiltərənin Sautport şəhərindəki qanlı hadisə fonunda baş verir. İnsanlar qanunsuz mühacirlərin axınına qarşı çıxırlar, çünki bəzi məlumatlara görə cinayətkar miqrant idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru