Yeddi Aİ ölkəsi Venesuela hakimiyyətini seçki protokollarını dərc etməyə çağırıb

5-08-2024, 10:17           
Yeddi Aİ ölkəsi Venesuela hakimiyyətini seçki protokollarını dərc etməyə çağırıb
“Bu yoxlama Venesuela xalqının iradəsini tanımaq üçün lazımdır”

İspaniya, Portuqaliya, İtaliya, Fransa, Almaniya, Hollandiya və Polşa daxil yeddi Avropa İttifaqı (Aİ) ölkəsi Venesuela hakimiyyətini prezident seçkiləri protokollarını dərc etməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.

"Biz Venesuela hakimiyyətlərindən seçki prosesinin tam şəffaflığını və bütövlüyünü təmin etmək üçün mümkün qədər tez bütün protokolları ictimaiyyətə çatdırmağı xahiş edirik. Bu yoxlama Venesuela xalqının iradəsini tanımaq üçün lazımdır", - ölkələr birgə bəyanatda bildiriblər.

Bundan əlavə, seçkilərin nəticələrinin Avropa ölkələrində “narahatlığa səbəb olduğu” bildirilib.

Bundan əvvəl ABŞ və Avropa İttifaqının qanunvericiləri birgə bəyanat yayaraq, Venesuela Prezidenti Nikolas Maduronu son seçkilərdən sonra dövlət başçısı səlahiyyətlərindən könüllü olaraq imtina etmədiyi təqdirdə onu məsuliyyətlə hədələmişdilər. Venesuelalı millət vəkilləri isə müxalifət lideri Edmundo Qonzalesin qələbəsinə dair “çoxlu sübutlara” istinad edərək, Venesuelada prezident seçkilərinin nəticələrini “saxta” adlandırıblar.

Müəllif: Ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.