Banqladeşdə iğtişaşlarda azı 300 nəfər ölüb - Video

5-08-2024, 15:38           
Banqladeşdə iğtişaşlarda azı 300 nəfər ölüb - Video
Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində polislə etirazçılar arasında toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.

Ötən gün bütün etirazlar dövrü ərzində ən ölümcül gün olub - 94 nəfər həlak olub.

Etirazlar və nümayişlər “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının bazar günü hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra başlayıb. Tələbələrin polis və hökumət tərəfdarları ilə toqquşmaları iğtişaşlara çevrilib.

Etirazçılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.

Hökumət Dəkkə və ölkənin digər böyük şəhərlərində yerli vaxtla saat 18.00-dan növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru