Almaniya yollara investisiyanı hərbi xərclərə daxil edə bilər
6-08-2024, 12:58
Almaniya hökuməti NATO-nun tələb etdiyi ÜDM-in müdafiə xərclərinin 2%-nə çatmaq üçün müxtəlif hiylələrə yollara atır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti Köln Alman İqtisadiyyat İnstitutunun (IW) hesabatına istinadən yazır.
Nəşrin məlumatına görə, Almaniya hökuməti gələcəkdə müdafiə ilə birbaşa əlaqəsi olmayan, məsələn, yollara investisiyalar kimi xərclərin "hərbi xərclər" kateqoriyasına daxil edilməsi imkanını nəzərdən keçirir: "Bizim nöqteyi-nəzərimizə görə, infrastrukturun hərbi məqsədlər üçün lazım olan hissəsinin dəyəri nəzərə alınmalıdır", - yüksək səviyyəli hökumət rəsmisi "Handelsblatt"a bildirib.
Eyni zamanda, NATO müdafiə xərclərinin hesablanmasında müəyyən sərbəstlik verir. Məsələn, onlara keçmiş hərbi qulluqçular üçün pensiya öhdəlikləri və ya köhnə silahların məhv edilməsi xərcləri daxil ola bilər.