2021-ci ilin avqustunda Taliban Əfqanıstanda ölkə hökumətini ələ keçirdi və bir çox ölkə səfirliklərini bağlamaq qərarına gəldi.
İndex.az xəbər verir ki, Əfqanıstan müvəqqəti hökumətinin sözçünün müavini Həmdullah Fıtratın açıqlamasına görə, Əfqanıstan nümayəndə heyəti İngiltərə, Kanada, İtaliya, Fransa, Cənubi Koreya, Avstraliya başda olmaqla müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli əlaqələr, təhlükəsizlik və humanitar yardım sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edib.
Baş nazirin müavini Molla Kəbir ölkədə baş verən müsbət hadisələrdən danışıb və diplomatlardan Əfqanıstana səfər etməyi və ölkəni öz gözləri ilə görməyi xahiş edib.
Ölkələrdən Əfqanıstandakı səfirlik və konsulluqlarını yenidən açmağı xahiş edən Kəbir, bununla bağlı hər cür asanlığı təmin edəcəklərini bildirib.
Hazırda Əfqanıstanda İran, Türkiyə, Özbəkistan, Türkmənistan, Pakistan, Azərbaycan, Çin və Rusiya kimi az sayda ölkələrin nümayəndələri var.