Rusiya Almaniyanın Adenauer Fondunu “arzuolunmaz” elan edib

6-08-2024, 11:19           
Rusiya Almaniyanın Adenauer Fondunu “arzuolunmaz” elan edib
Rusiya Baş Prokurorluğu Almaniya Konrad Adenauer Fondunu “arzuolunmaz” kimi tanıyıb.

Azpost.info bildirir ki, açıqlanan rəsmi məlumatda deyilir ki, Konrad Adenauer Fondu Rusiyanın rəhbərliyini, onun daxili və xarici siyasətini gözdən salan materiallar yayır.

Prokurorluq hesab edir ki, Fond həm də Ukraynaya qarşı müharibə mövzusunda dost dövlətlərin siyasətini təbliğ edir və informasiya fəaliyyəti Rusiya ilə Qərb ölkələri arasında münasibətləri çətinləşdirməyə, onların siyasi və iqtisadi təcridinə şərait yaradır.

Həmçinin Fransanın “Qafqaz Xalqları Assambleyası”, İsveçrənin “Education First” və Polşanın “OSTMOST” fondu da “arzuolunmaz” elan edilib.

Rusiyada “arzuolunmaz” təşkilatların reyestri 2015-ci ildən mövcuddur. Bu müddət ərzində 160-dan çox KİV, QHT və digər birliklər bu siyahıya salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru