"Prezident Saakaşvilini əfv etməyi planlaşdırır" - Gürcüstan parlamentinin sədri
6-08-2024, 17:06
Gürcüstan Prezidenti Salome Zurabişvili eks prezident Mixail Saakaşvilini əfv etməyi planlaşdırır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
"Bu addımı ilə prezident onunla və onun Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğunu sübut edir. Onlar hakimiyyətə gəlmək istəmirlər. Xaricdən gələn sifarişləri yerinə yetirməyə çalışırlar. Bunun üçün isə güc lazımdır. Buna görə də texniki hökumətdən və digər bu kimi cəfəngiyyatlardan danışırlar", - deyə Ş.Papuaşvili qeyd edib.