Aİ Ukraynaya 4,2 milyard avroluq yardım ayırıb

7-08-2024, 07:24           
Aİ Ukraynaya 4,2 milyard avroluq yardım ayırıb
Avropa İttifaqının (Aİ) Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna KİV Aİ Şurasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, "Ukraine Facility" proqramı çərçivəsində ayrılacaq yardım Ukraynanın makromaliyyə sabitliyinə dəstək və büdcə xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Xatırladaq ki, avqustun 5-də Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb. Bildirilib ki, bütünlükdə bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollarlıq birbaşa büdcə dəstəyi alacaq.Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, vəsait müəllimlər, fövqəladə hallar xidmətlərinin işçiləri və dövlət işçilərinin əməkhaqlarının, eləcə də, prioritet sosial xərclərin ödənilməsinə yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru