ABŞ Gürcüstana daha bir yardımı dayandırıb
7-08-2024, 15:14
Bundan əvvəl gürcü mətbuatı Tbilisidəki Luqar laboratoriyasının ABŞ-dan hər il 10 milyon dollar aldığını və dondurulmuş 95 milyon dolların bir hissəsinin xüsusi olaraq bunun üçün nəzərdə tutulduğunu demişdi.
ABŞ Luqar laboratoriyasının daxil olduğu Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinə 2 milyon lari (740 min dollardan çox) məbləğində maliyyəni dayandırıb. Bunu Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Mixail Sarjveladze bildirib.
"Söhbət maksimum iki milyon laridən gedir, bunu araşdırmaq lazımdır, bəlkə də məbləğ daha azdır", - Sarjveladze deyib.
ABŞ dövlət katibi Antoni Blinken iyulun 31-də bəyan edib ki, ABŞ Gürcüstana maliyyə yardımı proqramını ölkədə xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar dayandırır. Eyni səbəbdən, Aİ əvvəllər Gürcüstan Müdafiə Nazirliyinin maliyyələşdirilməsini dayandırmışdı. Bundan əvvəl gürcü mətbuatı Tbilisidəki Luqar laboratoriyasının ABŞ-dan hər il 10 milyon dollar aldığını və dondurulmuş 95 milyon dolların bir hissəsinin xüsusi olaraq bunun üçün nəzərdə tutulduğunu demişdi.
Rusiya tərəfi dəfələrlə Pentaqonun öz tibbi və bioloji laboratoriyalarını Rusiya sərhədlərinə yaxın yerləşdirmə fəaliyyətindən narahatlığını bildirib.