Slovakiya Rusiya neftinin Ukrayna vasitəsilə tədarükünə alternativ axtarır

8-08-2024, 11:04           
Slovakiya Rusiya neftinin Ukrayna vasitəsilə tədarükünə alternativ axtarır
Rusiyanın "Lukoyl" şirkətinin Ukrayna üzərindən tədarük etdiyi neftin Slovak idxalçıları Kiyev tərəfindən bloklanan bu tədarüklərə müvəqqəti alternativ axtarırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bratislavada yerləşən "Slovnaft" neft emalı zavodunun mətbuat katibi Anton Molnar məlumat verib.

"Slovakiya üçün bu kritik dövrdə "Lukoyl"dan neft tədarükünə alternativ təmin etmək üçün maksimum səylər aparılır", - Molnar deyib.

Mətbuat katibinin fikrincə, bu problemi ancaq neftin nəqlinə uzunmüddətli zəmanət verməklə həll etmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru