İsrail XİN-in binasında axtarış aparılıb

8-08-2024, 11:24           
İsrail XİN-in binasında axtarış aparılıb
İstintaq diplomatik pasportlar almaq hüququ olmayan şəxslərə pasport verilməsi şübhəsi ilə əlaqədar aparılır.
Polis işçiləri İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıblar. Bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Axtarışın "Laxav-433" xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli təhqiqat çərçivəsində aparıldığı bildirilir.
İstintaq diplomatik pasportlar almaq hüququ olmayan şəxslərə pasport verilməsi şübhəsi ilə əlaqədar aparılır.
Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru