İki mindən çox Gürcüstan vətəndaşı Avropadan qovuldu

8-08-2024, 10:39           
İki mindən çox Gürcüstan vətəndaşı Avropadan qovuldu
2024-cü il yanvarın 1-dən iyunun 30-dək Aİ ölkələri 2124 Gürcüstan vətəndaşını öz ölkələrinə deportasiya etmək qərarına gəliblər. Gürcüstan onlardan səkkizini readmissiya sazişinin bir hissəsi olaraq qəbul etməkdən imtina edib.

"Sputnik" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aİ-dən qovulanların 1253-ü kişi, 352-si isə qadındır.

Ən çox gürcüstanlı Almaniyadan (1367 nəfər) qovulub. Həmçinin, Fransa (299), Yunanıstan (91), İsveçrə (68), Polşa (50), İtaliya (43) və İspaniya (29) da siyahıda yer alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru