Antarktidada yeni temperatur rekordu qeydə alındı

8-08-2024, 18:44           
Antarktidada yeni temperatur rekordu qeydə alındı
Yerin soyuq qütbünün yerləşdiyi Antarktidadakı Vostok stansiyasının alimləri yeni temperatur maksimumunu (-34,2 dərəcə) qeydə alıblar.

TASS xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Antarktidada qışdır, iyul və avqust qitə üçün ən soyuq aylardır, qeydə alınan temperatur planetin ən soyuq nöqtəsində qış üçün ən isti göstəricidir.

Xatırladaq ki, indiyədək qeyd edilən ərazidə rekord temperatur minimumu 1983-cü ildə müşahidə edilib və -89,2 dərəcə təşkil edib.

Antarktida materiki












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru