Bolqarıstan məktəblərində LGBT təbliğatı qadağan edildi

8-08-2024, 18:54           
Bolqarıstan məktəblərində LGBT təbliğatı qadağan edildi
Bolqarıstan parlamentinin deputatları qeyri-ənənəvi cinsi oriyentasiya (LGBT) ilə bağlı ideya və baxışların populyarlaşdırılmasını, eləcə də bioloji deyil, gender kimliyinin müəyyən edilməsini qadağan edən qanun qəbul ediblər.

TASS xəbər verir ki, "Dirçəliş" siyasi partiyasının təklif etdiyi qanun layihəsinin müzakirəsi dörd saata yaxın davam edib. Layihəni 135 deputat dəstəkləyib, 57 deputat əleyhinə çıxıb, səkkiz deputat isə bitərəf qalıb.

Partiyanın lideri Kostadin Kostadinovun qeyd edib ki, qanun daha əvvəl qəbul edilməli idi, çünki Bolqarıstan kitab mağazalarında və internetdə artıq təkcə məktəblilər üçün deyil, həm də altı yaşınadək uşaqlar üçün cinsi tərbiyəyə dair dərsliklər yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru