“Dərs çıxarmalıyıq” - Medvedev Kurska görə məsuliyyəıti Qerasimovun üzərinə atdı

9-08-2024, 09:44           
“Dərs çıxarmalıyıq” -
Ukrayna ordusunun Kursk vilayətində keçirdiyi əməliyyat Kreml üçün gözlənilməz olub. Maraqlıdır ki, hər dəfə bu cür hallarda nüvə təhdidlərinə əl atan Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bu dəfə bir qədər fərqli mövqedən çıxış edib və baş verənlərə görə məsuliyyəti Baş Qərargah rəsisi Valeri Gerasimovun üzərinə atıb.

“AzPolitika” xəbər verir ki, D.Medvedev Kursk hücumu barədə öz sosial şəbəkə səhifəsində yazıb: “Baş verənlərdən ciddi dərs çıxarmaq və Baş Qərargah rəisi V. Gerasimovun Ali Baş Komandana verdiyi sözü yerinə yetirmək lazımdır - düşməni amansızcasına məğlub edib məhv etmək.

Baş verənlərin daha bir mühüm siyasi və hüquqi nəticəsi var. Bu andan etibarən SVO(Xüsusi hərbi əməliyyat-red.) açıq şəkildə ekstraterritorial xarakter almalıdır. Bu, artıq təkcə rəsmi ərazilərimizin qaytarılması və nasistlərin cəzalandırılması əməliyyatı deyil. Hələ də mövcud olan Ukrayna torpaqlarına getmək olar və lazımdır - Odessaya, Xarkova, Dnepropetrovska, Nikolayevə, Kiyevə və daha uzağa.

Ukrayna Reyxinin müəyyən tanınmış sərhədləri mənasında heç bir məhdudiyyət olmamalıdır. İndi isə bu, utanmadan və ya diplomatik tərəddüdlər olmadan açıq şəkildə müzakirə edilə bilər və edilməlidir. Bandera tərəfdarlarının terror əməliyyatı bu mövzudan istənilən tabuları aradan qaldırmalıdır. Bunu hamı dərk etsin, o cümlədən ingilis əclafları: biz bunu ancaq özümüz üçün məqbul və sərfəli hesab etdikdə dayandıracağıq…”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.