Alman silah şirkətinin prezidenti: “Mən belə bir satış görməmişdim”
10-08-2024, 09:35
Alman silah şirkəti “Rheinmetall”ın baş direktoru Armin Papperger, Rusiyanın Ukraynanı işğalından sonra Avropa müdafiə qabiliyyətini artırdığı üçün “Rhenmetall”ın rekord səviyyədə böyüdüyünü deyib.
Gələcək illərdə gəlirlərinin artması gözlənilən şirkət Litva, Macarıstan, Rumıniya və Ukraynada yeni obyektlər qurur.
“Bloomberg”in məlumatına görə, “Rheinmetall” kimi bir çox Avropa silah istehsalçısının satışları artan Rusiya təhdidi və ABŞ-ın NATO-ya bağlılığı ilə bağlı narahatlıqları ilə artıb.
“Rheinmetall” bu ilin iyun ayının sonuna qədər 48,6 milyard avro dəyərində sifariş alıb. İlin sonuna kimi onun 70 milyard avroya yüksələcəyi gözlənilir.
Armin Papperger bu satışlardan sonra açıqlama verib: “Mən heç vaxt belə silah satışı görməmişəm. “Tələb getdikcə artır”.
Lakin bütün bu tələb və artımın həm də şirkətin baş direktoru Papperger üçün qiyməti var.
İş o yerə çatıb ki, ABŞ və Almaniya kəşfiyyatı keçən ay rusların Peppergerə qarşı sui-qəsd planının qarşısını alıb. 61 yaşlı Pepperger indi şəxsi mühafizəçiləri ilə səyahət edir.