Çinin ən zəngin adamının adı açıqlanıb

10-08-2024, 11:43           
Çinin ən zəngin adamının adı açıqlanıb
Çinin “Pinduoduo” marketpleysinin və onun törəmə şirkəti “Temu”nun yaradıcısı Kolin Huan ölkəsinin ən varlı adamıdır.

“Report” xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in (BBI) məlumatları sübut edir.

Milyarderin sərvəti avqustun 9-na 48,6 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.

Huan dünyanın ən zəngin 25-ci adamıdır.

Buna qədər üç ildən artıq müddətdə Çinin ən varlı adamı Çjon Şanşan idi. Sahibkar “Nongfu Spring” qablaşdırılmış sularının satışından sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru