Vitse-prezidentliyə namizədliyi açıqlandıqdan sonra Tim Valzın Çin bağları diqqət mərkəzindədir

10-08-2024, 16:34           
Vitse-prezidentliyə namizədliyi açıqlandıqdan sonra Tim Valzın Çin bağları diqqət mərkəzindədir
Demokratların vitse-prezidentliyə namizədi Tim Valzın Çinlə əlaqələri seçiləcəyi halda görəcəyi iş haqda müəyyən təsəvvür formalaşdıra bilər. Çinlə bağlı əsas məsələlərdə onun mövqeyi nədir? Pekin onu necə görür? Hər kəsin bununla bağlı fikri var.

Tim Valz 1989-cu ildə bir il ərzində Çində dərs deyib. Daha sonra o, Çinə tələbə səfərləri təşkil edib. Deyir ki, bu illər ərzində ölkəyə 30-dan çox səfər edib.

Respublikaçılar deyir ki, Pekin Valzun Harrislə bərabər Demokratların namizədi olmasını xoş qarşılayacaq və o, ABŞ-ın Çinə qarşı sərt iqtisadi və ticarət siyasətini yumlaşdacaq.

JD Vans, Respublikaçıların vitse-prezidentliyə namizədi: “O, Tim Valzu seçdi. Həmin şəxs ki, Çinə çox sayda istehalat işlərini ixrac etmək niyyətindədir.”

Vans Valzın Minnesota qubernatoru kimi Çinlə ticarət əlaqələrinə çoxillik dəstəyinə işarə edirdi.

Valz ilk təşviqat tədbirində Çinlə bağlı heç bir qeyd etməyib. Amma 2016-cı ildə konqresmen kimi Birləşmiş Ştatların Çinlə münasibətlərini belə dəyərləndirib.

Tim Valz, ABŞ Nümayəndələr Palatasının üzvü: “Mən Çinlə rəqib münasibətlərə ehtiyac olduğuna inananlar kateqoriyasına daxil deyiləm. Tam əleyhinəyəm və düşünürəm ki, biz Cənub Cin Dənizində etdiklərimizin üzərində sərt dayanmalıyıq. Amma əməkdaşlıq üçün də çoxlu sahələr var.”

Valz 2014-cü ildə Amerikanın Səsinə 1989-cu il Tiananmen meydanında etirazlar dövrü Çində yaşamağı təsvir edib.

Tim Valz, ABŞ Nümayəndələr Palatasının üzvü: “Bu, çox güclü idi. Orada olmaq və Çin xalqının özləri ilə qürur duyması və azadlıqların parlamasına ehtiyacın olduğunu anlamasının şahidi olmaqdan şərəf duyuram.”

Harrisin Valzı vitse-prezidentliyə namizəd kimi seçməsi bir neçə saat sonra Çində trend mövzu oldu. Bu istifadəçi “düşünürəm ki, o Çinə qarşı dost münasibətdə olacaq” deyir.

Digər çinli internet istifadəçiləri isə onun daha sərt xətt tutacağını düşünür. Konqresdə olarkən, Valz Çində insan haqları ilə bağlı vəziyyəti tənqid edən bir neçə qanun layihəsinin həmmüəllifi olub. Millətçi tarixçilərdən biri qeyd edib ki, Demokratlar “Çini məhv etmək” istəyir.

Digərləri isə Valzın Tibetin mühacirətdə olan lideri Dalay Lama ilə yeməyini şərh edir. Bir istifadəçi Çində çalışmış sabiq müəllimin Amerika casusuna bənzədiyini deyir.

Çin təhlilçiləri deyir ki, hələlik Pekin ictimai reaksiya verməyib. Amma onlar Valzu belə görürlər:

Kayser Kuo, Sinica podkastının aparıcısı: “O, Çində insan haqlarının durumu ilə bağlı açıq tənqidçi olub və düşünürəm ki, özünün nəzərə çarpan ciddiliyi, səmimiliyi və Çində təşviq etmək istədiyi dəyərlərin daşıyıcı olması sayəsində bu mövqe daha etibarlı səslənir.”

Digər Çin təhlilçiləri Harris-Valz administrasiyasının Baydən və Tramp administrasiyalarının sərtləşdirilmiş Çin siyasətində ardıcılıq nümayiş etdirəcəklərinə razılaşırlar.

Cim Follous, Jurnalist və müəllif: “Bütün dünyada - Çində, Asiyada aydın şəkildə görülməlidir ki, ABŞ-la onilliklər boyu davam edən mürəkkəb münasibətlər davam edəcək. Bu münasibətlərə Çini dünyanın əsas güclərindən biri kimi tanımaq, o cümlədən dəyərlərdə, xüsusilə demokratikləşmə ilə bağlı mövqelərdə fərqlərin olduğunu anlamaq daxildir.”

Amma Pekin nə düşünür? Bunu demək çətindir.

Cim Follous, Jurnalist və müəllif: “Düşünürəm ki, onlar gözləmədikləri insan haqda nə düşünməli olduqlarını anlamadıqlarından məyusluq anlarını yaşayırlar”

Beləliklə 1964-cü ildə, eyni ay zodiakı altında doğulan və Amerikanı birlikdə dolaşan hər iki şəxs haqda Pekin yalnız bir şeyi düşünə bilər – Bu əjdaha cütlüyünün Ağ Evdə olması gələcəyə nə vəd edir?













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.