NASA: "Yer kürəsinə eyni anda beş asteroid yaxınlaşır"

10-08-2024, 15:38           
NASA: "Yer kürəsinə eyni anda beş asteroid yaxınlaşır"
"Yer kürəsinə eyni anda beş asteroid yaxınlaşır. Asteroidlər planetimizə nisbətən yaxın məsafədən keçəcəklər".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, kosmik cisimlər arasında ölçüsü 150 metrdən böyük olan asteroidlər Yerə doğru hərəkət edir və buna görə də potensial təhlükəli obyektlər hesab olunurlar.

Asteroidlər planetə 7,5 milyon kilometrə qədər məsafədə yaxınlaşacaqlar ki, bu da Yerdən Aya qədər olan məsafədən 19,5 dəfə çoxdur, onların arasındakı orta məsafə təxminən 385 min kilometrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru