ABŞ-də ölümcül listerioz epidemiyasına yoluxanların sayı artdı

10-08-2024, 17:44           
ABŞ-də ölümcül listerioz epidemiyasına yoluxanların sayı artdı
ABŞ-də qeydə alınan listerioz bakterial infeksiyası nəticəsində ölənlərin və yoluxanların sayı artıb.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzi (CDC) xəbər yayıb.

Bildirilib ki, xəstələnənlərin ümumi sayı 40 nəfəri keçib. Yoluxanlardan üç nəfər ölüb.

"Listerioz diaqnozu qoyulan bütün xəstələr xəstəxanalarda həkimlərin nəzarəti altındadırlar", - deyə məlumatda vurğulanıb.

Listeriozun xüsusilə hamilə qadınlar, 65 yaş və daha yuxarı yaşlı insanlar, yaxud zəif immun sistemi olan insanlar üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilib.

"CDC qastronom dükanlarında kəsilmiş ətin istehlakından çəkinməyi və ya yeməzdən əvvəl onun daxili temperaturunu 165°F-ə (təxminən 74°C) qədər qızdırmağı tövsiyə edir", - deyə qurumun məlumatında izah edilib.

Qeyd edək ki, listerioz epidemiyası 13 ştatda qeydə alınıb. Təhlükəli xəstəlik qonşu Kanadada da yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.