Gürcüstan Azərbaycanla sərhədə qədər ərazilərində fərdi torpaq sahələrini müsadirə edəcək

12-08-2024, 09:38           
Gürcüstan Azərbaycanla sərhədə qədər ərazilərində fərdi torpaq sahələrini müsadirə edəcək
Gürcüstan hökuməti Azərbaycanla sərhədə qədər ərazilərində yeni avtomobil yolunun tikintisi üçün fərdi şəxslərin torpaqlarını zorla müsadirə etməyə başlayacaq.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvilinin bununla bağlı əmri "Legislative Gazette"də dərc olunub.

Bildirilir ki, qurum daşınmaz əmlakın alınması ilə bağlı mülkiyyətçilərlə razılığa gələ bilmədiyi üçün “Əmlakın zəruri dövlət ehtiyacları üçün məhrum edilməsi qaydası haqqında” Qanuna uyğun olaraq torpaqların özgəninkiləşdirilməsinə ehtiyac var.

Söhbət Marneuli bələdiyyəsində üç torpaq sahəsindən (98 min m², 3,1 min m² və 584 m²) gedir. Onların sahibləri qərardan məhkəməyə şikayət edə biləcəklər.

Qeyd edək ki, layihə Rustavi şəhərindən Qırmızı Körpü Ticarət və Sənaye Palatasına qədər 31,9 km uzunluğunda dördzolaqlı yolun tikintisini nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru